Turun əsas məqamları
- Özəl hovuzlu villa və 5★ kurort (Ubud və sahil) — nümunə: Padma Resort Ubud (9.6/10), Alila Seminyak (9.0/10)
- Bütün səfər boyu şəxsi sürücü və avtomobil
- Nusa Penida-ya özəl bot turu
- Uluwatuda günbatımı ilə fine dining
- Premium spa proqramı
Gün-gün marşrut
- 1
Gəliş və villa
Aeroportda VIP qarşılanma, Ubuddakı özəl hovuzlu villaya transfer və salamlama içkisi.
- 2
Ubud premium turu
Şəxsi gidlə düyü terrasları, sənətkar emalatxanaları və seçilmiş restoranda nahar.
- 3
Spa və istirahət
Yarım günlük premium spa proqramı, qalan vaxt villada istirahət.
- 4
Sahilə keçid
Uluwatu/Seminyak bölgəsindəki sahil villasına transfer və okean mənzərəsi.
- 5
Nusa Penida — özəl bot
Özəl botla Nusa Penida: Kelingking, Broken Beach və sakit körfəzlərdə üzmə.
- 6
Uluwatu və fine dining
Uluwatu məbədi, Keçak rəqsi və qaya üzərindəki restoranda günbatımı şam yeməyi.
- 7
Sərbəst gün
Sörf dərsi, qolf, ikinci spa seansı və ya sadəcə hovuz kənarı — seçim sizindir.
- 8
Yola düşmə
Gec çıxış (mümkün olduqda) və aeroporta transfer.
Qiymətə daxildir
- ✓7 gecə özəl hovuzlu villa
- ✓Bütün günlər üçün şəxsi sürücü və avtomobil
- ✓Aeroport VIP qarşılanma və transferlər
- ✓Nusa Penida-ya özəl bot
- ✓2 dəfə premium spa proqramı
- ✓Uluwatuda günbatımı şam yeməyi
- ✓Gündəlik səhər yeməyi
- ✓7/24 fərdi kurator dəstəyi
Daxil deyil
- ✕Beynəlxalq aviabilet
- ✕Viza (VoA) və səyahət sığortası
- ✕Şam və nahar yeməkləri (qeyd olunanlardan başqa)
- ✕Şəxsi xərclər
Əlavə xidmətlər
Paket qiymətinə daxil deyil — istəyinizə görə ayrıca sifariş edə bilərsiniz.
Viza rəsmiləşdirilməsi (e-VoA)
60$ / nəfərİstəsəniz e-VoA vizanızı biz rəsmiləşdiririk — anketi doldurur, ödənişi edir və vizanı e-poçtunuza göndəririk. Rəsmi rüsum dövlətə ödənildiyi üçün bu xidmət əvvəlcədən ödənilir və geri qaytarılmır. Özünüz almaq istəsəniz, addım-addım bələdçimiz pulsuzdur.
Ödəniş əvvəlcədən alınır və geri qaytarılmır.
Səyahət sığortası
35$ / nəfərBali üçün tibbi xidmət bahalıdır. Səfər müddətini əhatə edən sığorta polisini sizin üçün rəsmiləşdiririk.
Aviabilet seçimi və rezervasiya
PulsuzBakıdan Denpasara ən sərfəli marşrutu birlikdə seçirik. Bilet dəyəri sizindir — seçim və rezervasiya xidməti pulsuzdur.
Rahatlıqdan güzəşt yoxdur
Bu paket ümumi qruplarla gəzmək istəməyənlər üçündür. Oteldə otaq yox — özəl hovuzlu villa. Ümumi avtobus yox — bütün səfər boyu sizin sərəncamınızda avtomobil və sürücü. Standart ekskursiya siyahısı yox — günün marşrutunu səhər özünüz seçirsiniz.
Nusa Penida-ya ümumi gəmi ilə yox, özəl botla gedirsiniz: izdihamsız sahillər və öz vaxt qrafikiniz.
Kimlər üçün uyğundur?
Balayı, yubiley səfəri və ya sadəcə illik məzuniyyətini maksimum rahat keçirmək istəyənlər üçün. Kiçik ailə qrupları üçün də uyğundur — villa ölçüsünü sizə görə seçirik.
