Yandex Metrika ziyarət sayğacı
Əsas məzmuna keç
Sanur sahilində gündoğuşu — dayaz suda dayanmış ənənəvi jukunq qayıqları və üfüqdə Aqunq vulkanının silueti

Yeni İl Balidə: Sanur və Ubud — 10 gün

Dekabrın sonundan yanvarın əvvəlinə qədər sabit tarixli səfər: Yeni il gecəsi sahildə qeyd, yeni ilin ilk günəşi Sanurda və doqquz gün Bali istisi.

10 gün / 9 gecə Sanur, Ubud, Nusa Penida
Qiymət

1490$ / nəfər

2 nəfərlik səyahətdə 1 nəfər üçün — yerüstü xidmətlər, beynəlxalq aviabilet daxil deyil

Turun əsas məqamları

  • Yeni il gecəsi sahil restoranında qala şam yeməyi və atəşfəşanlıq
  • Yanvarın 1-i Sanurda gündoğuşu — Balinin ən məşhur səhər mənzərəsi
  • Dekabrda Bakı 3°C, Bali 29°C — qışdan tam qopuş
  • Ubud, Kintamani və Nusa Penida ekskursiyaları
  • Sabit tarix, əvvəlcədən bloklanmış otel — bayramda yer tapmaq problemi yoxdur

Gün-gün marşrut

  1. 1

    Gəliş və Sanur

    Denpasar hava limanında qarşılanma, Sanura transfer. Sanur Balinin ən sakit sahil bölgəsidir — uzun uçuşdan sonra ilk gecə üçün ideal.

  2. 2

    Sanurda dincəlmə

    Sərbəst gün: sahil, hovuz, sahilboyu velosiped yolu. Jetlaqı bir gündə keçirmək üçün proqramı qəsdən boş saxlamışıq.

  3. 3

    Ubud və düyü terrasları

    Ubuda köçmə. Tegallalang düyü terrasları, meymun meşəsi, sənətkar kəndləri və qəhvə plantasiyasında dequstasiya.

  4. 4

    Kintamani və müqəddəs bulaq

    Batur vulkanı və göl mənzərəsi, Tirta Empul məbədində təmizlənmə ritualı, Tegenungan şəlaləsi.

  5. 5

    Nusa Penida gəzintisi

    Sürətli qayıqla Nusa Penidaya keçid: Kelingking sahili baxış nöqtəsi, Broken Beach və Angel’s Billabong. Axşam Baliyə qayıdış.

  6. 6

    Sanura qayıdış və hazırlıq

    Sanura köçmə, sərbəst gün. Axşam üçün geyim, saç və şəkil hazırlığı — bayram gecəsindən bir gün əvvəl temp yüngüldür.

  7. 7

    31 dekabr — Yeni il gecəsi

    Gündüz sahil və spa. Axşam sahil restoranında qala şam yeməyi, canlı musiqi və gecə yarısı okean üzərində atəşfəşanlıq.

  8. 8

    1 yanvar — ilin ilk günəşi

    Səhər tezdən Sanur sahilində gündoğuşu: dayaz suda jukunq qayıqları və üfüqdə Aqunq vulkanı. Günün qalanı sərbəst.

  9. 9

    Uluwatu və Cənub Bali

    Uluwatu məbədi, sıldırım üzərində qürub, Keçak atəş rəqsi və Jimbaranda dəniz məhsulları axşamı.

  10. 10

    Yola düşmə

    Oteldən çıxış, suvenir dayanacağı və hava limanına transfer.

Qiymətə daxildir

  • 9 gecə 4★ otel (səhər yeməyi daxil) — Sanur və Ubud
  • Yeni il gecəsi qala şam yeməyi (31 dekabr)
  • Hava limanı – otel transferləri
  • Şəxsi avtomobil və sürücü ilə 4 ekskursiya günü
  • Nusa Penida gündəlik gəzintisi (sürətli qayıq daxil)
  • Proqramdakı bütün giriş biletləri
  • Azərbaycan və rus dilində dəstək (WhatsApp 7/24)

Daxil deyil

  • Beynəlxalq aviabilet
  • Bali viza (gəlişdə alınır)
  • Nahar və şam yeməyi (Yeni il gecəsi istisna)
  • Şəxsi xərclər və bəxşiş

Əlavə xidmətlər

Paket qiymətinə daxil deyil — istəyinizə görə ayrıca sifariş edə bilərsiniz.

  • Viza rəsmiləşdirilməsi (e-VoA)

    60$ / nəfər

    İstəsəniz e-VoA vizanızı biz rəsmiləşdiririk — anketi doldurur, ödənişi edir və vizanı e-poçtunuza göndəririk. Rəsmi rüsum dövlətə ödənildiyi üçün bu xidmət əvvəlcədən ödənilir və geri qaytarılmır. Özünüz almaq istəsəniz, addım-addım bələdçimiz pulsuzdur.

    Ödəniş əvvəlcədən alınır və geri qaytarılmır.

  • Səyahət sığortası

    35$ / nəfər

    Bali üçün tibbi xidmət bahalıdır. Səfər müddətini əhatə edən sığorta polisini sizin üçün rəsmiləşdiririk.

  • Aviabilet seçimi və rezervasiya

    Pulsuz

    Bakıdan Denpasara ən sərfəli marşrutu birlikdə seçirik. Bilet dəyəri sizindir — seçim və rezervasiya xidməti pulsuzdur.

Yeni ili 29 dərəcədə qarşılayın

Dekabrın sonunda Bakıda hava 3°C-dir. Balidə həmin gün 29°C olur, dəniz isti, günəş isə səhər 6-da çıxır. Bu marşrut yeni ili məhz orada — okeanın üstündə atəşfəşanlıqla qarşılamaq üçün qurulub.

Gecə qeyd, səhər gündoğuşu

31 dekabr axşamı sahil restoranında qala şam yeməyi və gecə yarısı atəşfəşanlıq. Səhəri gün isə Balinin ən məşhur mənzərəsi: Sanurda gündoğuşu — dayaz suda dayanmış rəngli jukunq qayıqları və üfüqdə Aqunq vulkanının silueti. İlin ilk şəkli üçün bundan yaxşısı yoxdur.

Yağışlı mövsüm barədə açıq danışaq

Dekabr Balidə yağışlı mövsümdür və bunu gizlətmirik. Amma tropik yağış Avropa qışı kimi deyil: adətən günortadan sonra 1–2 saat güclü yağır və kəsilir. Ona görə bütün ekskursiyaları səhər saatlarına salmışıq və proqramda iki tam sərbəst gün var.

Tarixlər məhduddur

Bayram həftəsində Balidə otellər oktyabrda dolur. Biz yerləri əvvəlcədən bloklayırıq, ona görə siz bayram qiymətinə deyil, ona yaxın normal qiymətə ödəyirsiniz. Cari tarixləri və boş yer sayını öyrənmək üçün bizə yazın.

Tez-tez verilən suallar

Dekabr–yanvar Balidə yağışlı mövsümdür, buna dəyərmi?

Dekabr yağışlı mövsümə düşür, amma Balidə yağış adətən günortadan sonra 1–2 saat güclü yağıb kəsir — Avropa qışı kimi bütün gün davam etmir. Temperatur 28–31°C qalır, dəniz istidir. Proqramdakı ekskursiyaları səhərə salmışıq, məhz buna görə.

Yeni il gecəsi qiymətə daxildirmi?

Bəli, 31 dekabr sahil restoranında qala şam yeməyi paketə daxildir. Balidə bayram gecəsi restoranlar yalnız əvvəlcədən bron və sabit menyu ilə işləyir, ona görə bunu sizin üçün əvvəlcədən bağlayırıq.

Niyə tarixlər sabitdir?

Yeni il Balidə ən sıx həftədir — otel və restoranlar oktyabrda dolur. Yerləri əvvəlcədən blokladığımız üçün siz bayram qiymətinə deyil, normal qiymətə yaxın ödəyirsiniz. Tarix dəyişmək istəyirsinizsə, eyni marşrutu adi tarixdə fərdi tur kimi hazırlaya bilərik.

Nə vaxta qədər bron etmək lazımdır?

Ən geci oktyabrın sonuna qədər. Noyabrda həm otel yerləri, həm də Bakı–Denpasar biletləri kəskin bahalaşır.

Qiymətə aviabilet daxildirmi?

Xeyr, 1490$ yerüstü xidmətlərə aiddir. Bakı–Denpasar gediş-dönüş bileti bayram tarixlərində təxminən 900–1200$ olur — erkən bron etsəniz aşağı hissəsini tuta bilərik.

Baliyə viza lazımdırmı?

Azərbaycan vətəndaşları gəlişdə viza (Visa on Arrival) ala bilər. Prosesdə sizə tam dəstək göstəririk.

WhatsAppSorğu göndər

Bali Səyahəti əlaqə paneli