Yandex Metrika ziyarət sayğacı
Əsas məzmuna keç
Rinjani vulkanının krateri — Segara Anak gölü, Gunung Baru konusu və buludların üzərindəki zirvə

Bali + Lombok və Rinjani — 11 gün

Bali klassikası, sonra Lombokun izdihamsız sahilləri və Rinjani vulkanının krater gölünə 2 günlük trekking.

11 gün / 10 gecə Bali, Lombok, Gili
Qiymət

1690$ / nəfər

2 nəfərlik səyahətdə 1 nəfər üçün — yerüstü xidmətlər, beynəlxalq aviabilet daxil deyil

Turun əsas məqamları

  • Rinjani vulkanına 2 günlük / 1 gecəlik trekking (krater kənarı)
  • Segara Anak krater gölü və isti bulaqlar
  • Gili Trawangan — motorsuz ada, tısbağalarla snorkelinq
  • Lombokun cənub sahilləri: Kuta Lombok və Selong Belanak
  • Sendang Gile və Tiu Kelep şəlalələri
  • Bali hissəsində Ubud və Uluwatu klassikası

Gün-gün marşrut

  1. 1

    Gəliş və Ubud

    Denpasar hava limanında qarşılanma, Ubuda transfer və istirahət.

  2. 2

    Ubud mədəni turu

    Tegallalang düyü terrasları, meymun meşəsi, Tirta Empul məbədi və qəhvə plantasiyası.

  3. 3

    Şəlalələr və göl məbədi

    Banyumala şəlaləsi, Ulun Danu Beratan göl məbədi və Bedugul marşrutu. Axşam trek brifinqi və avadanlıq yoxlaması.

  4. 4

    Lomboka keçid

    Sürətli botla Lomboka. Senaru kəndinə transfer — trekkinq başlanğıc nöqtəsi. Erkən yatırıq.

  5. 5

    Rinjani trekkinq — 1-ci gün

    Səhər 7-də Senaru marşrutu ilə yüksəlmə. Meşə, sonra açıq yamac. Axşam krater kənarında (2641 m) çadır düşərgəsi — Segara Anak gölünün üzərində günbatımı.

  6. 6

    Rinjani trekkinq — 2-ci gün və enmə

    Krater kənarında gündoğuşu, Segara Anak gölünə enmə və isti bulaqlarda istirahət, sonra Senaruya qayıdış. Şəlalələrə baş çəkmə və Lombok sahilinə transfer.

  7. 7

    Lombok cənub sahilləri

    Selong Belanak, Mawun və Tanjung Aan sahilləri — Baliyə nisbətən boş və geniş qumluqlar. Bərpa günü.

  8. 8

    Gili Trawangana keçid

    Botla Gili Trawangana. Adada motor yoxdur — velosiped və at arabası. Axşam sahildə günbatımı.

  9. 9

    Gili — snorkelinq və sərbəst vaxt

    Üç ada ətrafında snorkelinq turu: dəniz tısbağaları, mərcanlar və sualtı heykəl parkı.

  10. 10

    Baliyə qayıdış və Uluwatu

    Botla Baliyə. Uluwatu məbədi, sıldırım üzərində günbatımı və Keçak atəş rəqsi.

  11. 11

    Yola düşmə

    Oteldən çıxış və hava limanına transfer.

Qiymətə daxildir

  • 10 gecə yerləşmə — Balidə 4★ otel (4 gecə), 1 gecə Rinjani dağ çadırı, 3 gecə Lombok, 2 gecə Gili
  • Səhər yeməyi hər gün
  • Rinjani trekkinq paketi: bələdçi, yükdaşıyan (porter), çadır, yataq kisəsi və trek boyu 3 yemək
  • Rinjani Milli Parkı giriş icazəsi
  • Bali – Lombok və Lombok – Gili – Bali sürətli bot biletləri
  • Bütün transferlər və giriş biletləri
  • Bali hissəsində şəxsi avtomobil və sürücü ilə 2 ekskursiya günü
  • Azərbaycan və rus dilində dəstək (WhatsApp 7/24)

Daxil deyil

  • Beynəlxalq aviabilet
  • Bali viza (gəlişdə alınır)
  • Trekkinq geyimi və ayaqqabısı (özünüz gətirirsiniz)
  • Nahar və şam yeməyi (trek günləri istisna)
  • Zirvəyə (3726 m) çıxış üçün əlavə gün — sifarişlə

Əlavə xidmətlər

Paket qiymətinə daxil deyil — istəyinizə görə ayrıca sifariş edə bilərsiniz.

  • Viza rəsmiləşdirilməsi (e-VoA)

    60$ / nəfər

    İstəsəniz e-VoA vizanızı biz rəsmiləşdiririk — anketi doldurur, ödənişi edir və vizanı e-poçtunuza göndəririk. Rəsmi rüsum dövlətə ödənildiyi üçün bu xidmət əvvəlcədən ödənilir və geri qaytarılmır. Özünüz almaq istəsəniz, addım-addım bələdçimiz pulsuzdur.

    Ödəniş əvvəlcədən alınır və geri qaytarılmır.

  • Səyahət sığortası

    35$ / nəfər

    Bali üçün tibbi xidmət bahalıdır. Səfər müddətini əhatə edən sığorta polisini sizin üçün rəsmiləşdiririk.

  • Aviabilet seçimi və rezervasiya

    Pulsuz

    Bakıdan Denpasara ən sərfəli marşrutu birlikdə seçirik. Bilet dəyəri sizindir — seçim və rezervasiya xidməti pulsuzdur.

Bali bitəndə Lombok başlayır

Bali gözəldir, lakin izdihamlıdır. Lombok — qonşu ada — praktiki olaraq eyni təbiəti təklif edir, ancaq sahillərində adam yoxdur. Aralarındakı məsafə cəmi 2 saatlıq bot yoludur.

Bu 11 günlük marşrut ikisini birləşdirir və mərkəzinə Rinjani vulkanını qoyur — İndoneziyanın ikinci ən yüksək vulkanı, kraterinin içində firuzəyi Segara Anak gölü var.

Trekkinq haqqında açıq danışaq

Rinjani asan deyil. Krater kənarına qədər 6–8 saat davamlı yüksəliş var və son hissə sürüşkən vulkanik qumdur. Gecəni 2641 metrdə çadırda keçirirsiniz — hava 5–10°C-yə düşür.

Bunun müqabilində səhər açılanda buludların üzərindən krater gölünə baxırsınız. Bu, Bali marşrutlarında olmayan bir mənzərədir.

Trekkinq istəmirsinizsə — problem yoxdur. O iki günü Lombokun cənub sahillərində sakit proqramla dəyişirik, qiymət də azalır.

Kimlər üçün uyğundur?

  • Aktiv səyahət və dağ sevənlər
  • Baliyə ikinci dəfə gedib izdihamdan uzaqlaşmaq istəyənlər
  • Sahil + trekkinq balansı axtaran cütlüklər və dostlar

Fiziki hazırlığınızı bizə yazın — marşrutu ona uyğun quraq.

Tez-tez verilən suallar

Rinjani trekkinqi çətindirmi?

Bəli, bu turun ən çətin hissəsidir. Krater kənarına (2641 m) çıxış 6–8 saat davamlı yüksəlişdir, son hissəsi sürüşkən vulkanik qumdur. Xüsusi təcrübə tələb olunmur, lakin normal fiziki hazırlıq lazımdır — həftədə 2–3 dəfə idman edən orta hazırlıqlı insan öhdəsindən gəlir. Trekkinqi istəmirsinizsə, o iki günü sahil proqramı ilə dəyişirik.

Zirvəyə (3726 m) çıxırıqmı?

Standart paketdə xeyr — krater kənarına qədər çıxırıq, mənzərənin ən yaxşı hissəsi oradan görünür. Zirvəyə çıxış gecə saat 2-də başlayan ayrıca, çox daha ağır mərhələdir və 1 əlavə gün tələb edir. İstəyirsinizsə sifarişlə əlavə edirik.

Rinjani ilin hansı vaxtı açıqdır?

Milli park adətən aprel–dekabr aylarında açıq, yanvar–mart yağış mövsümündə bağlı olur. Vulkanik aktivliyə görə də müvəqqəti bağlanmalar olur. Turu planlaşdırarkən parkın rəsmi statusunu yoxlayır və bağlıdırsa alternativ marşrut təklif edirik.

Trekkinq üçün nə gətirməliyəm?

Yaxşı oturmuş trekkinq ayaqqabısı, isti gödəkçə (gecə krater kənarında 5–10°C olur), papaq, əlcək, günəş kremi və şəxsi dərmanlar. Çadır, yataq kisəsi, yataq altlığı və yemək bizim tərəfimizdəndir. Tam siyahını rezervasiyadan sonra göndəririk.

Qiymətə aviabilet daxildirmi?

Xeyr, qiymət yerüstü xidmətlərə aiddir. Bakı–Denpasar gediş-dönüş bileti mövsümə görə təxminən 700–950$ arasındadır.

WhatsAppSorğu göndər

Bali Səyahəti əlaqə paneli